Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər. Daha 6 idmançı bu məqsədlə bu gün Çin Xalq Respublikasına yola düşüb. Seçmə komandanın üzvləri – Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək. İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək “Avrasiya Liqasına” qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.
Qabil YUSİFOĞLU
XQ

