Axios: Kuba döyüş dronları alıb və onların ABŞ-a qarşı istifadəsini nəzərdən keçirir

post-img

Axios nəşrinin məxfi kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, Kuba 300-dən çox hərbi dron alıb və bu yaxınlarda onların Quantanamo körfəzində yerləşən Amerika bazasına, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və hətta Havanadan 150 kilometr şimalda yerləşən Florida ştatının Ki-Uest şəhərinə zərbələr endirmək üçün istifadəsi planlarını müzakirə etməyə başlayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Kuba hakimiyyəti yaz aylarında Rusiyaya əlavə dron və hərbi texnika partiyalarının tədarükü ilə bağlı müraciət edib.

Axios yüksək vəzifəli mənbəsinə istinadla yazır ki, bu cür kəşfiyyat məlumatları ABŞ administrasiyasını narahat etməyə bilməz. Vaşinqton Kubanı təhlükə kimi qiymətləndirir və bu məlumatlar hərbi əməliyyatlar üçün bəhanəyə çevrilə bilər.

Axios-un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklif cümə axşamı Kubaya səfər edib və yerli rəsmilərə sərt şəkildə xəbərdarlıq edib ki, ada artıq “yarımkürəmizdə düşmən planlarını irəli aparmağa çalışan qüvvələr üçün platforma rolunu oynaya bilməz”. Bu barədə nəşrə MKİ əməkdaşlarından biri məlumat verib.

S.ELAY

XQ

Dünya