Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gəncədə görkəmli sənətkar, “Şöhrət” ordenli Xalq artisti Fəxrəddin Manafov ilə görüş təşkil olunub.
XQ-nin məlumatına görə, Gəncə Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə sənətkarın zəngin yaradıcılıq fəaliyyəti, Azərbaycan teatrı və kino sənətinin inkişafına verdiyi töhfələrdən bəhs edilib.
Tədbir iştirakçılarının ünvanladıqları suallar Xalq artisti tərəfindən cavablandırılıb. Fəxrəddin Manafov öz həyat və sənət təcrübəsini bölüşərək gənclərə dəyərli tövsiyələrini çatdırıb.






