Borçalıda “Ozan” televiziya müsabiqəsinin seçim mərhələsi baş tutub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirilməsi məqsədilə “24News” tərəfindən təşkil olunan “Ozan” saz televiziya müsabiqəsinin seçim mərhələsi baş tutub. Yarışmaya müraciət edən 20-yə yaxın iştirakçı arasından münsiflər heyətinin səsverməsi nəticəsində 12 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. 

Seçim mərhələsində iştirakçıların ifa bacarıqları, səhnə mədəniyyəti və sənətə yanaşmaları münsiflər tərəfindən qiymətləndirilib. Yekun qərara əsasən, ən yüksək bal toplayan 12 iştirakçı müsabiqədə mübarizəni davam etdirəcək. 

Layihənin təşkilatçısı Azər Məmmədov bildirib ki, “Ozan” saz müsabiqəsinin əsas məqsədi milli saz sənətinin qorunması, təbliği və bu sahədə yeni istedadların üzə çıxarılmasına dəstək verməkdir. 

Azər Məmmədov, həmçinin layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də yaradılan şəraitə görə Azərbaycan Evinə təşəkkürünü bildirib.

P.ƏMİRCANOV
XQ





Mədəniyyət