Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə 19 may tarixində İrana planlaşdırılan hücumları ləğv etdiyini açıqlayıb. O, bu barədə sosial mediada məlumat verib.
Xəbəri “Anadolu” yayıb.
“Biz sabah üçün planlaşdırılan İrana hücumu həyata keçirməyəcəyik, eyni zamanda, məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə istənilən vaxt İrana qarşı tammiqyaslı hücuma hazır olmağı tapşırmışıq”, - deyə o yazıb.
Trampın sözlərinə görə, tezliklə Tehranın nüvə silahına sahib ola bilməyəcəyi barədə razılaşma bağlanacaq.
P.ƏMİRCANOV
XQ

