Türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, mərasimdə türkdilli ölkələr arasında kişi və qadın komandaların çempionatı eləcə də 16 yaşadək yeniyetmələrin olimpiadasının yekun nəticəsi açıqlanıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçıları yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

Mükafatlandırma mərasimində həm də löhvələr üzrə yüksək nəticə göstərən şahmatçılar elan olunub.

Təmsilçilərimizdən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə, Murad İbrahimli qızıl, Əhməd Əhmədzadə gümüş, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medala layiq görülüb.

Qabil YUSİFOĞLU
XQ

























Dünya