Azərbaycan Kubokunun həlledici oyununa təyinatlar açıqlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.

XQ Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümün yekun görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcək.

Qarşılaşma CBC Sportla canlı yayımlanacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 16:00-da başlayacaq və zala giriş biletsiz olacaq.

"Araz-Naxçıvan" – "Neftçi İK"

21 may. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev

Ehtiyat hakim: İmran Məhərrəmov

Hakim-inspektor: Əfqan Həmzəyev
 

İdman