Nazir müavini Rəşad Mustafayev İsmayıllı rayonunda vətəndaşları qəbul edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev mayın 19-da İsmayıllı rayonunda sakinləri qəbul edib.

Müraciət edənlər sırasında müharibə veteranları da olub.

R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.











Sosial həyat