Cəlil Əliyevin Dünya rekordu

post-img

Azərbaycanın stronqmen millisinin üzvləri Macarıstanın Lokitelek şəhərində keçirilən Dünya çempionatında uğurlu çıxış ediblər.

Azərbaycan Stronqmen Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi üç idmançı təmsil edib. Yeniyetmələr arasında Tural Mirzəliyev (67.5 kiloqram) dünya çempionu tituluna sahib olub. O, mütləq çempionluq uğrunda mübarizədə isə üçüncü yeri tutub.

Açıq yaş qrupunda çıxış edən Sadiq Musayev gümüş medala layiq görülüb.

Ağır çəkidə mübarizə aparan digər idmançımız Cəlil Əliyev isə açıq yaş qrupunda dünya çempionu adını qazanmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb.

Qabil YUSİFOĞLU
XQ

İdman