Bakı Slavyan Universiteti (BSU) ilə Polşanın Adam Mitskeviç Universiteti və Sileziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
BSU-dan XQ-yə bildirilib ki, memorandum Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə BSU-da polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunmuş “Dil – dialoq məkanı kimi: Azərbaycan–Polşa münasibətləri” mövzusunda keçirilən tədbir çərçivəsində razılaşdırılıb.
Memoranduma əsasən, birgə tədbirlərin, konfrans və layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili və inkişafı nəzərdə tutulur. Sənəd tərəflər arasında elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

