Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.

XQ xəbər verir ki, iyunun 5-nə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 6131, II ixtisas qrupu üzrə 9245, III ixtisas qrupu üzrə 10733, IV ixtisas qrupu üzrə 1598 olmaqla, ümumilikdə 27707 abituriyent qeydiyyatdan keçib.

Qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi iyunun 8-dək aparılacaq.

İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Təhsil