Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yay mövsümünün sevimli sərinləşdirici qidalarından olan dondurma həm bədən hərarətini aşağı salır, həm də tərkibindəki xoşbəxtlik hormonu ilə əhval-ruhiyyəni yüksəldir. İsti günlərdə bu ləzzətdən həm sağlam, həm də dadlı şəkildə faydalanmaq üçün bir neçə əsas məqama diqqət yetirmək lazımdır. Məsələn, süd zülalına allergiyası olanlar bu qidanı istehlak etməməlidir.
Qida mütəxəssislərinin fikrincə, laktoza dözümsüzlüyü olanlar laktozasız dondurma seçməlidirlər, piylənmə və diabet xəstələri isə desertin istehlakını minimuma endirməlidirlər.
Dondurmanı qida qəbulundan əvvəl yemək məsləhət görülmür. Çünki şirin olduğuna görə yeməkdən əvvəl qəbul ediləndə iştahı zəiflədir. Günün ikinci yarısından sonra dondurmadan istifadə etmək də düzgün hesab edilmir. Tərkibində protein və karbohidratlar çox olduğuna görə uşaqlarda ifrat dərəcədə kökəlməyə səbəb olur.
M.MİRZƏ
XQ

