Güləş millimiz reytinq turniri qalibidir

post-img

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə “Muhamet Malo” turnirinə yekun vurulub. Son yarış günündə Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) finalda rusiyalı dünya mükafatçısı və 2 qat Avropa çempionu Emin Seferşayevə 1:3 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Nihat Məmmədli (60 kq) finalda komanda yoldaşı Nihad Quluzadə ilə qarşılaşıb. Həlledici görüşdə Nihadı ilk xal prinsipinə əsasən üstələyən Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Quluzadə isə gümüş medalı boynundan asıb.

Xatırladaq ki, bundan əvvəl 63 kiloqram çəkidəki təmsilçilərimiz Murad Məmmədov qızıl, Sakit Quliyev isə gümüş medal qazanıb.

Beləliklə, millimiz cari ildə iştirak etdiyi ilk beynəlxalq yarışda 2 qızıl və 3 gümüş medal qazanıb. Yekunda 128 xal toplayan yığmamız komanda hesabında 1-ci yeri tutub. Qazaxıstan (95) ikinci, İran (89) isə üçüncü olub.

Qabil YUSİFOĞLU
XQ

İdman