ABŞ İranla sülh danışıqlarının ikinci mərhələsinin keçirilməsi imkanlarını müzakirə edir və razılığa gəlmək ehtimalına nikbin yanaşır. Ağ Evin mətbuat katibi Kerolin Livitt bu barədə məlumat verərək, yeni raundun çox güman ki, Pakistanda keçiriləcəyini əlavə edib.
Məlumatı “Euronews” verib.
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp da müharibənin “sona çox yaxın” olduğunu bəyan edib. O, İranın “razılığa gəlməyə çox can atdığına” əminliyini ifadə edib. Ağ Ev rəhbərinin sözlərinə görə, danışıqların ikinci mərhələsi yaxın günlərdə başlaya bilər.
BMT-nin baş katibi Antonio Quterreş də Pakistan Baş nazirinin müavini ilə görüşdən sonra danışıqların bərpa olunma ehtimalının yüksək olduğunu bildirib.
P.ƏMİRCANOV
XQ

