Bu il Şuşada növbəti Xarıbülbül Festivalı keçiriləcək.
XQ xəbər verir ki, festival 14-15 may tarixlərində baş tutacaq.
Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək. Tədbir iki gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.
Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir.
Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb.

