Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında yekdilliklə qəbul olunmuş qərara görə, Azərbaycanın Baş prokuroru Kamran Əliyevi növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib.
Xatırladaq ki, Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 7–9-da Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş BPA-nın İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak edib.
Heydər Məmmədov tədbirdə çıxış edərək ötən il Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının nəticələrinə dair geniş hesabat təqdim edib.
XQ