Neft qiymətlərinin 100 dolları keçməsi fonunda Cənubi Koreya hökuməti son 30 ildə ilk dəfə yanacaq qiymətlərinə maksimal hədd tətbiq etməyə hazırlaşır.
CNN-nin məlumatına görə, ölkə prezidenti Lee Jae-myung Yaxın Şərqdə davam edən gərginliyin enerji idxalından asılı olan Cənubi Koreya iqtisadiyyatına ciddi təzyiq göstərdiyini bildirib və bu səbəbdən fövqəladə iclas keçirərək yeni qərarı açıqlayıb. Bildirilib ki, yanacaq qiymətlərinə məhdudiyyətin artıq bu həftə tətbiqinə başlanılması planlaşdırılır.
Prezident hökumətə neft emalı şirkətləri və yanacaqdoldurma məntəqələri üzərində nəzarəti gücləndirməyi, bazarda mümkün monopoliyanın qarşısını almağı tapşırıb. Eyni zamanda ölkənin neft tədarükünün Hörmuz boğazı marşrutundan yan keçən alternativ yollarla təmin edilməsi istiqamətində tədbirlər görülür.
Rəsmi məlumatlara görə, Birləşmiş Ərəb Əmirliyindən 6 milyon bareldən çox xam neft tədarük ediləcək.
Qeyd edək ki, dünya bazarında neftin qiyməti bir barel üçün 100 dolları keçib.
S.ELAY
XQ

