ABŞ Senatı Prezident Donald Trampın Konqresin təsdiqi olmadan Kubaya qarşı hərbi əməliyyat başlatmasını qadağan edən qətnaməni bloklayıb. Bu barədə “Reuters” 29 apreldə məlumat verib.
Nəşr bildirib ki, “Respublikaçıların rəhbərlik etdiyi ABŞ Senatı çərşənbə axşamı Demokratlar tərəfindən təklif edilən və Prezident Trampın Konqresin təsdiqi olmadan Kubaya qarşı hərbi əməliyyatlar keçirməsini qadağan edən qətnaməni bloklayıb”.
Qeyd olunur ki, qətnamənin rədd edilməsinin lehinə 51, əleyhinə isə 47 səs verilib. Agentlik qeyd edir ki, səsvermə “demək olar ki, tamamilə partiya xətti ilə” keçirilib.
15 apreldə CBS News xəbər verir ki, ABŞ Senatı Konqresin təsdiqi olmadan İrana hücumları qadağan edən qətnaməni də rədd edib. Sənəd 52 səs əleyhinə, 47 səs isə lehinə olmaqla qəbul olunub.
P.ƏMİRCANOV
XQ

