Zərifə Əliyevanın xatirəsi yad edilib

post-img

Aprelin 28-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının məsul şəxsləri ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda məzarını ziyarət ediblər.

AMEA nümayəndələri ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

***

Həmin gün Səhiyyə Nazirliyinin rəhbərliyi də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, tibb tarixində adı əbədiləşmiş fədakar alim, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə onun əziz xatirəsini böyük ehtiramla yad edib.

Səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də çiçəklər qoyulub.

XQ



Sosial həyat