Çexiya Respublikasının Baş naziri Andrey Babiş 29-30 aprel tarixlərində Özbəkistana rəsmi səfər edəcək.
XQ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər proqramına əsasən, Daşkənddə yüksək səviyyəli danışıqlar keçiriləcək və burada çoxşaxəli Özbəkistan-Çexiya əməkdaşlığının daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq.
Mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Görüşün sonunda ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Səfər çərçivəsində Baş nazir Andrey Babiş Özbəkistan-Çexiya Biznes Forumunda da iştirak edəcək.

