Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi bu ilin birinci rübündə 15,3 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata görə, bu, illik müqayisədə 2,9 dəfə çoxdur.
Bu dövrdə Azərbaycandan Qırğızıstana 13,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Ölkənin Qırğızıstandan idxalının dəyəri isə 1,4 milyon dollar olub.

