ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti aprelin 28-də bildirib ki, ABŞ-ın dəniz blokadası səbəbindən İranın Çabahar limanının sularında 20-dən çox gəmi toplanıb.
Məlumatı “İzvestiya.ru” verib.
Komandanlığın X sosial media platformasında yayımladığı açıqlamada deyilir: “ABŞ qüvvələri davam edən blokada dövründə İrana iqtisadi ticarətin giriş-çıxışını dayandırdığı üçün bu gün Çabaharda 20-dən çox gəmi qalır”.
Su sahəsinin Amerika hərbçiləri tərəfindən bağlanmasından əvvəl limanda yalnız beş gəminin olduğu vurğulanır.
ABŞ Mərkəzi Komandanlığının rəsmiləri iki gün əvvəl bildirmişdilər ki, dəniz blokadasının başlanğıcından bəri İran sahillərində 38 gəmini yenidən yönləndirərərk əvvəlki yola qaytarıblar.
P.ƏMİRCANOV
XQ

