Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədilə növbəti layihə icra olunur.
XQ AYNA-ya istinadən xəbər verir ki, yeni layihə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsini əhatə edəcək.
Layihə çərçivəsində sözügedən ərazidə hərəkətin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, dəyişikliyə əsasən:
- Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən avtomobillər artıq Dəmirçizadə küçəsindən istifadə edə bilməyəcəklər.
- Sürücülər alternativ olaraq Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələrinə çıxmaqla hərəkət istiqamətlərini davam etdirməli olacaqlar.

