Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Uğurlu dövlət siyasəti və dəstək tədbirləri nəticəsində son 10 ildə aqrar sektorun, ümumilikdə, real ifadədə artımı 37,8 faiz olub. Bu artım həm bitkiçilik, həm də heyvandarlıq sahəsində özünü göstərib.

XQ xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Zaur Əliyev bildirib ki, artım bitkiçilik məhsulları istehsalında 8,2 faiz, heyvandarlıq məhsulları istehsalında isə 29,6 faiz olub. Əlavə olaraq balıq məhsulları istehsalında 2,7 dəfə, ümumilikdə, aqrar və ərzaq məhsullarının ixracında isə 90 faizdən çox artıma nail olunub.

“Qeyd edilən makroiqtisadi göstəricilərlə yanaşı, həmçinin infrastruktur və resurs bazasının gücləndirilməsi istiqamətində də son 10 ildə mühüm nəticələr əldə edilib. Belə ki, soyuducu anbar tutumu 400 min tona, taxıl, silo və elevatorların tutumu 1,9 milyon tona, müasir suvarma tətbiq edilən əkin sahələri 130 min hektara, mövcud intensiv bağ sahələri 50 min hektara çatdırılıb” – deyə nazir müavini qeyd edib.

Sosial həyat