Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 16-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

XQ xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasının prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 26 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.













Sosial həyat