Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 16-da Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Türkiyə Cümhuriyyətinə rəsmi səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri və Cümhur İttifaqının ortağı cənab Dövlət Baxçalı ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlarlar barədə geniş fikir mübadiləsi aparılıb.
Cənab Dövlət Baxçalı TÜRKPA-ya xüsusi önəm verdiklərini və qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Dövlət Baxçalı bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.


