Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 12-16 iyun 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə ətraflı məlumat verilib.
XQ xəbər verir ki, idinləmələrdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.
Qeyd edilib ki, ölkəmizdə son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması, çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən və qohum evliliyi, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir edib, həyatlarını dəyişib. İctimai dinləmələrdə həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahədə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.









