*Gilavar Foto Klubunun mobil tətbiqi istifadəyə verilib*

post-img

“Gilavar Foto Klubu” ictimai birliyinin “Gilavar” mobil tətbiqi istifadəyə verilib.

Mobil tətbiqin məqsədi Azərbaycan foto sahəsinə aid olan bütün məlumat və materialları bir mənbədə toplayaraq oxuculara və fotosevərlərə çatdırmaqdır. Birliyin gilavar.az veb-saytına daxil olmadan mobil tətbiq üzərindən xəbərləri daha tez və rahat şəkildə əldə etmək mümkündür.

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” ictimai birliyinin fəaliyyəti, həyata keçirilən layihələr, tədbirlər, fotomüsabiqə və sərgilər, fotoxəbərlər, yeniliklər, o cümlədən, ölkədə və xaricdə Azərbaycan foto sənəti ilə bağlı keçirilən tədbirlər haqqında tətbiq vasitəsilə tanış olmaq mümkün olacaq.

Mobil tətbiq hazırda Android platforması üzərindən fəaliyyət göstərir və bu əməliyyat sistemlərindən yükləmək mümkündür. Yaxın vaxtlarda IOS versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

“Gilavar” mobil tətbiqini aşağıdakı linkdən yükləmək mümkündür: https://play.google.com/store/apps/details?id=az.gilavar.app

Qeyd edək ki, ölkənin aparıcı foto təşkilatı olan “Gilavar Foto Klubu” ictimai birliyi Azərbaycanda fotoqrafiyanın inkişafı ilə bağlı bir sıra layihələlər, həmçinin sosial istiqamətlər üzrə layihələr həyata keçirir. Birlik tərəfindən ölkənin tarixi, təbiəti, mədəni, idman və digər sahələrinə aid fotoların çəkilməsi və toplanması işlərini icra edilir. Bundan əlavə, müxtəlif təlimlər, yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr, fotosərgilər təşkil edilir.











Son xəbərlər