AZƏRTAC və “Askanews” memorandum imzalayıb

post-img

Azərbaycan Dövlət İnformasiya Agentliyi və İtaliyanın Askanews xəbər agentliyi əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu imzalayıb.

Sənədə əsasən, agentliklər xəbər, foto və video mübadiləsi həyata keçirəcək, oxuculara və abunəçilərə Avropa və Asiyanı birləşdirən yeni multimedia və multiplatformalı informasiya kanalı təklif edəcəklər.

Tərəfdaşlıq İtaliya və Azərbaycan arasında ikitərəfli, regional və qlobal məsələlər üzrə əməkdaşlığı, habelə bu ölkələrin vətəndaş cəmiyyətləri arasında əlaqələri işıqlandırmaq məqsədilə agentliklər arasında informasiya mübadiləsini nəzərdə tutur.

XQ

Son xəbərlər