İdxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

post-img

Martın 5-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Saatlı rayon Gənclər Evində Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib.

XQ xəbər verir ki, DGK sədri qəbuldan öncə Saatlı şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.



Sosial həyat