Azərbaycan Mühəndislik Akademiyası 4 Mart Ümumdünya Mühəndislik Günü münasibətilə toplantı keçirib.
Mərasim iştirakçılarına Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin müraciəti, habelə Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (WFEO – World Federation of Engineering Organizations) Prezidenti Seng Chuan Tanın təbrik məktubu nümayiş etdirilib.
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov açılış nitqi ilə çıxış edib. Məclis “Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir!” mövzusunda təqdimat və videoçarxın nümayişi ilə davam etdirilib.
Sonra Azərbaycan Mühəndislik Akademiyasının akademiki Mehman Həsənov “Müasir texniki təhsildə informasiya və mühəndislik kompetensiyalarının inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Rəsmi hissədən sonra Ümumdünya Mühəndislik Günü münasibətilə təltifetmə mərasimi keçirilib.
Mərasimdə Mühəndislik Akademiyasının nümayəndələri, gələcəyin mühəndisləri iştirak ediblər.
XQ

