Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2026” adlı kompleks tədbirlər zamanı Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin XQ-yə verdiyi məlumata görə, ümumi çəkisi təxminən 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu müəyyən edilərək məhv edilib.

