Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət keyfiyyətinin artırılması məqsədilə Daşkəsən rayonunda növbəti səyyar qəbul keçirib.
AMB-dən XQ-yə verilən məlumata əsasən, görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, maliyyə xidmətləri ilə bağlı suallar cavablandırılıb. Müzakirələrdə əsasən kredit müraciətləri, mövcud kredit öhdəlikləri üzrə güzəştlər və ATM-lərin quraşdırılması ilə bağlı məsələlər qaldırılıb.
Bəzi müraciətlər yerində araşdırılaraq izah verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
Qeyd olunub ki, vətəndaşlar əlavə sual və müraciətlərini www.contact.e-cbar.az elektron platforması vasitəsilə və ya “966” Çağrı Mərkəzinə zəng edərək ünvanlaya bilərlər.

