Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir.
Media və İctimaiyyətlə əlaqələr sektorundan XQ-yə verilən məlumata ğörə, tədbirlərdə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır.
Həmçinin Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı əldə edilmiş nailiyyətlərdən, hər bir insanın öz hüquqlarını bilməsinin və cəmiyyətdə insan hüquqlarının təşviq etməsinin əhəmiyyətindən bəhs olunur.
Qeyd edək ki, “İnsan hüquqları aylığı” çərçivəsində təhsil müəssisələrində keçirilən tədbirlərin əsas məqsədi insan hüquqlarını şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.



