İran İsrailə qarşı hücumları dayandırıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İran İsrailə qarşı həyata keçirdiyi hərbi əməliyyatların dayandırıldığını bəyan edib.

Bu barədə İsrailin "Ynet" nəşri İranın "Fars" agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran hazırkı mərhələdə İsrailə qarşı zərbələri dayandırsa da, Livanda vəziyyətin gərginləşəcəyi halda yeni və daha sərt addımlar ata biləcəyini bildirib.

İran rəsmiləri vurğulayıblar ki, İsrail ordusunun Livanda "Hizbullah"a qarşı əməliyyatları davam etdirməsi Tehranın növbəti cavab tədbirlərinə səbəb ola bilər.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrail ərazisinə raket hücumu həyata keçirmişdi. Tehran bu addımını İsrailin Livanda "Hizbullah"a qarşı apardığı əməliyyatlarla əlaqələndirmişdi. Ardınca İsrail ordusu İranın mərkəzi və qərb bölgələrində yerləşən bir sıra hərbi hədəflərə zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp isə tərəfləri vəziyyəti daha da gərginləşdirməməyə və təmkin nümayiş etdirməyə çağırıb.

Dünya