Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın kişi tennisçilərdən ibarət milli komandası "Davis Cup" turnirində iştirak etmək üçün Moldovaya yollanıb.
Bu barədə XQ-yə Azərbaycan Tennis Federasiyasından məlumat verilib.
Bildirilib ki, komanda federasiyanın vitse-prezidenti Orxan Manaflı və koordinator Yalçın Manaflının rəhbərliyi altında yarışa qatılacaq.
Millinin heyətində Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov yer alıblar.
Qeyd edək ki, Azərbaycan yığması turnirin III qrupunda mübarizə aparacaq. Yarış 10–13 iyun tarixlərində Kişinyov şəhərində keçiriləcək.

