ADY 2026-cı ilin may ayında 1,6 milyon tondan artıq yük daşıyıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin may ayında "Azərbaycan Dəmir Yolları" QSC 1,665 milyon ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

XQ bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay tranzit daşımaları 700,6 min ton təşkil edərək 1 il əvvəlki göstəricisini 34 % üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48 % (398,5 min ton), Şimal-Cənub istiqaməti üzrə 26 % (55,1 min ton), Şimal-Qərb istiqaməti üzrə isə 19 % (236,5 min ton) artım qeydə alınıb.

İqtisadiyyat