Azərbaycanda övladlığa verilən uşaqların sayı 888-ə çatıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

 
2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində indiyədək ümumilikdə 888 uşaq ailələrə təhvil verilib.

XQ xəbər verir ki, son illərdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə üstünlük verilməsi istiqamətində sistemli işlər həyata keçirilir. Uşaqların dövlət müəssisələrində deyil, ailə qayğısı və fərdi diqqət şəraitində tərbiyə alması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Qeyd olunur ki, bu istiqamətdə övladlığagötürmə ilə yanaşı, himayədar ailə modelinin də genişləndirilməsi üzrə tədbirlər görülür. Məqsəd uşaqların sosial-psixoloji inkişafı üçün daha əlverişli mühitin yaradılması və onların cəmiyyətə daha sağlam inteqrasiyasının təmin edilməsidir.

Bildirilib ki, proseslərin daha şəffaf və operativ şəkildə həyata keçirilməsi üçün ƏƏSMN tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi tətbiq olunur. Bu rəqəmsal platforma vasitəsilə müraciətlər elektron qaydada idarə edilir, mərhələlər isə daha çevik və izlənilə bilən formada həyata keçirilir.

Vurğulanıb ki, övladlığa uşaq götürmək istəyən vətəndaşlar müraciət qaydaları, tələb olunan sənədlər və prosesin mərhələləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı üzərindən ətraflı tanış ola bilərlər

Sosial həyat