Dünən Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.
Mərasimdə mərhumun ailə üzvləri, sənət dostları, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Cabir İmanovun qardaşı, Əməkdar artist Tahir İmanov mərhumun yaradıcılıq yolundan danışıb. O bildirib ki, Cabirin sənəti, insanlara olan səmimiyyəti və vətənə bağlılığı heç vaxt unudulmayacaq.
Cabir İmanov Yasamal qəbiristanlığında dəfn edilib.
XQ