Nazir Rəşad Nəbiyev “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri ilə görüşüb

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib. 

XQ xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Davosda “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Həmçinin rəqəmsal infrastruktur, süni intellekt ekosistemi, regional məlumat mərkəzinin qurulması və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb. 





Sosial həyat