İyunun 5, 6 və 7-də ölkəmizin Tbilisi şəhərindəki səfirliyində Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib.
Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi xidmətlərindən yararlanıblar.
Layihə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub.
Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb.
Səyyar ASAN xidmətin gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulur.
XQ

