Gimnastlarımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar

post-img

Azərbaycan təmsilçiləri Milli Gimnastika Arenasında keçirilmiş akrobatika və aerobika gimnastikası üzrə FIG Dünya Kuboku və AGF Trophy kubokunda üç qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı bacarıqlarını nümayiş etdirib.

Dünya Kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurub. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrup rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb.

Bundan başqa, Azərbaycan gimnastları beynəlxalq turnirə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman