Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” klubunun yay hazırlıq proqramı açıqlanıb.
Klubdan XQ-yə verilən məlumata görə, komanda iyulun 2-də Bakıda bir araya gələcək və hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.
Plan üzrə, iyulun 20-də “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci hissəsi avqustun 9-dək dağlıq bölgədə davam edəcək.
Mövsüm öncəsi hazırlıq çərçivəsində komandanın bir neçə yoxlama matçı keçirməsi də nəzərdə tutulur.

