Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının idman naziri Zoran Qayiçlə görüşüb.
XQ xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.





