Bakıda IV Beynəlxalq keramika duet-simpoziumu açılıb

post-img

Bakı Fotoqrafiya Evində azərbaycanlı keramika ustası Mir Teymur Məmmədov və iordaniyalı istedadlı sənətçi Mərvan Əhməd Tavahanın keramika üzrə duet-simpoziumunda hazırlanmış əsərlərindən ibarət sərginin açılışı baş tutub.

Hər iki heykəltaraşlar öz əsərlərini Bakıda geniş ictimaiyyətə təqdim ediblər.

İordaniyalı sənətkar Mərvan Əhməd Tavahan ilk dəfədir ki, Bakıdadır. O qeyd edib ki, Bakının, xüsusən də onun tarixi hissəsi olan İçərişəhərin gözəlliyi onu heyran edib.

Simpoziumda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud, İordaniyanın Azərbaycandakı səfiri Ömər Əl-Nahar, görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynov, Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, eləcə də media qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sərgi 3 iyula qədər davam edəcək.

XQ







Mədəniyyət