İran İslam Respublikasının Prezidenti Məsud Pezişkian Azərbaycana etdiyi rəsmi səfəri başa vurduqdan sonra X sosial şəbəkədəki platformasında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edən mesaj yazıb.
AZƏRTAC xəbər verir ki, İran Prezidenti mesajında qeyd edib: “Bakıda hörmətli qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə anlaşmamız olub və sənədlər imzalamışıq. Bu səfər etimadın artırılmasına, elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına müqəddimədir.
Qonaqpərvərliyə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.