Avstriyanın İran İslam Respublikasındakı səfiri Fridrix Stift Azərbaycana təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında Azərbaycana təşəkkür edib.
O, hücumların nə qədər davam edəcəyini bilmədiyini söyləyib: “Ona görə də təhlükəsiz bir ölkəyə getməyin daha yaxşı olduğunu düşündük. Sərhəddə bizə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq. Lazım olduğu qədər burada qalacağıq, amma ümid edirik ki, İrandakı döyüşlər və hücumlar tezliklə dayandırılacaq ki, Tehranda yenidən işləyə bilək”.
Fridrix Stift, həmçinin Tehranda yaşanan bomba partlayışlarından danışıb: “Gecə saat iki-üçdə oyandıq və partlayışların səsini eşitdik. Həmçinin havaya tüstü qalxdığını da gördük. Bu gün yola düşəndə bir neçə evin yandığını da müşahidə etdik”.
Qeyd edək ki, səfir bir neçə saat əvvəl “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

