Uşaq evlərində “Anka” sosial reabilitasiya proqramına başlanıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində “Anka” sosial reabilitasiya proqramının icrasına başlanıb.

Bu proqram Türkiyədə uğurla tətbiq edilir və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial müdafiəsi sahəsində xüsusi əhəmiyətə malikdir.

Sosial Xidmətlər Agentliyinin 6 uşaq evi və 2 ailə tipli kiçik qrup evində icrasına başlanan sosial reabilitasiya proqramının məqsədi müəssisələrdə yaşayan uşaqların potensialının üzə çıxarılması, onların sosial adaptasiya imkanlarının genişləndirilməsi və gələcək həyat bacarıqlarının formalaşdırılmasıdır.

“Anka” sosial reabilitasiya proqramı çərçivəsində artıq bu kateqoriyadan olan 377 uşağın ehtiyac və risklərinin kompleks qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq uşaqların sosial-psixoloji vəziyyəti, inkişaf səviyyəsi və fərdi ehtiyacları müəyyən edilib.

İlkin mərhələdə 63 uşaq sosial bacarıqlarının inkişafı, psixoloji rifahının gücləndirilməsi və cəmiyyətə daha uğurlu inteqrasiyası məqsədilə xüsusi hazırlanmış qrup fəaliyyətlərinə cəlb edilib. Növbəti mərhələdə isə daha 314 uşağın qrup fəaliyyətlərinə cəlb edilməsi nəzərdə tutulur.













Sosial həyat