General Məhəmməd Əsədov adına məktəbdə “Son Zəng” tədbiri keçirilib

post-img

Bu gün Xətai rayonu General Məhəmməd Əsədov adına 29 saylı məktəbdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son Zəng” tədbiri keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, qonaqlar və şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, əldə etdikləri bilik və bacarıqlarla ölkəmizin inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər.

Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və rəngarəng çıxışlarla davam edib. Məzunların məktəb illərinə həsr olunmuş təqdimatları və duyğulu çıxışları tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

Sonda “Son Zəng” səsləndirilib və məzunlar üçün yeni həyat mərhələsinin başlanğıcı qeyd olunub.

XQ













Sosial həyat