İnsan alveri bəşəri cinayətdir

post-img

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda təlim keçirilib.

“Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev transmilli mütəşəkkil cinayətkarlığın insan alveri növünü doğuran səbəb və şəraitin aradan qaldırılması, bu cinayətlərin qarşısının alınması, sosial və hüquqi məsələlərin – gender əsaslı zorakılıqların insan alverinə zəmin yaradan səbəblər barədə danışıb. O, iştirakçıları insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa çağırıb. Təşkilatın sədri, həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik xarakterli maarifləndirici layihələr genişləndirilir.

Layihə üzrə ekspert Aydın Kərimov isə çıxışında turizm sahəsində qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

XQ



Son xəbərlər